Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edənlər üçün şirin hədiyyələr.
Mastercard və Starbucks Azərbaycanda Apple Pay ödəniş sisteminin tətbiqini genişləndirmək məqsədilə yeni promo kampaniyaya start verir.
Apple Pay-də qeydiyyatdan keçirilmiş Mastercard və ya Maestro kartları ilə Starbucks-da ödəniş edən qəhvə sevərlər xüsusi şokoladlı hədiyyə alacaqlar.
Kampaniyadan yalnız Mastercard və ya Maestro kartlarını Apple Pay-ə əlavə edən və Starbucks mağazalarında ödəniş edən kart sahibləri faydalana bilərlər. Sevimli içkilərini Starbucks mağazalarından alan qəhvə həvəskarları hədiyyə kimi Südlü Şokolad qəpik əldə edəcəklər.
Kampaniya Apple Pay xidmətini dəstəkləyən bank kartları üçün keçərlidir və ümumilikdə 6000 əməliyyatla məhduddur. Daha ətraflı məlumatı buradan oxuya bilərsiniz:
Mastercard Apple Pay | Sürətli və Təhlükəsiz Ödəniş
Promo kampaniya 06.01.2022 və 31.03.2022-ci il tarixləri arasında keçərlidir. Hədiyyələrin sayı məhduddur.
Mastercard haqqında (NYSE: MA), www.mastercard.com
Masterсard ödəniş sənayesi sahəsində fəaliyyət göstərən qlobal bir texnologiyaşirkətidir. Bizim missiyamız əməliyyatları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar və şəbəkələr , tərəfdaşlıqlar və istəkdən istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz, 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.