ABŞ-ın “Mastercard” maliyyə korporasiyası Rusiyada xidmətlərin
göstərilməsini dayandırıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin saytında yayımlanan açıqlamada
bildirilib.
Qeyd olunub ki, şirkət anti-Rusiya sanksiyalarına görə “Rusiyada
şəbəkə xidmətlərinin göstərilməsini dayandırmaq qərarına
gəlib”.
“Bu tədbir Rusiya bankları tərəfindən buraxılan kartların “Mastercard” sistemi tərəfindən dəstəklənməyəcəyini nəzərdə tutur”,
– deyə açıqlamada qeyd olunub.
Bundan əlavə, şirkət ölkədən kənarda buraxılan “Mastercard”
kartlarının Rusiyada işləməyəcəyini vurğulayıb.