Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
ABŞ-ın “MasterCard” şirkəti 2021-ci ildə ödəmə sistemi çərçivəsində bir sıra kriptovalyutalarla əməliyyatlara başlamağı planlaşdırdığını bildirib.
AzerTimes-ın məlumatına görə, bunu şirkətin rəqəmsal aktivlər, blokçeyn texnologiyaları və tərəfdaşlıq üzrə vitse-prezidenti Raca Damodarana deyib.
O bildirib ki, “MasterCard” yalnız müəyyən növ kriptovalyutalarla işləyəcək. Söhbət real aktivlərlər təmin olunan və fiziki valyutalara bağlı steyblkoinlərdən gedir.
Şirkət bu planlarla bağlı digər detalları açıqlamayıb