“Mastercard” kartlarını sifariş vermək üçün banka getməyə ehtiyac olmayacaq

Xəbər - Sədrəddiin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

Yaxın zamanlarda “MasterCard” həlləri bank şöbələrinə getmədən bank əməliyyatlarını keçirməyə imkan verəcək.

AzerTimes-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar onlayn tədbir zamanı deyib.

O bildirib ki, fiziki şəxslərin “Mastercard” kartlarını sifariş verməsi üçün banka getmək zərurəti olmayacaq.

E.Çakar əlavə edib ki, “MasterCard” 2022-ci ildən etibarən Türkiyədə “Open Banking” layihəsini reallaşdırmağı planlaşdırır.

Teqlər: