Xəbər - Sədrəddin Ağcayev – Trend:
“MasterCard”ın Azərbaycanda əsas məqsədi ölkənin bütün ərazisini nağdsız ödəniş sistemi ilə əhatə etməkdir.
Bunu AzerTimes-a şirkətin Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib.
Onun sözlərinə görə, bu gün “MasterCard” ölkədə ictimai nəqliyyatda gediş haqlarının nağdsız ödənişi sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırır:
“Bu sistem Şamaxı şəhərində 18 avtobusda artıq işə salınıb. Yaxın zamanlarda şəhərin avtobus parkının genişləndirilməsi planlaşdırılır, bütün bu avtobuslarda “MasterCard” kartları vasitəsilə ödəniş etmək mümkün olacaq”.
E.Çakar bildirib ki, həmin kart sahibləri “MasterCard”ın keçirdiyi kampaniya çərçivəsində şəhərin digər obyektlərində də ödəniş edə biləcək:
“Bizim əsas məqsədmiz Azərbaycanın bütün ərazisini nağdsız ödəniş sistemi ilə əhatə etməkdir. Bunun üçün biz danışıqlar aparırıq və bir neçə regionu nəzərdən keçiririk”.
(Tərcümə: Orxan Nəbiyev)