Xəbər - Samir Əli – Trend:
Sabunçu Rayon İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş, paytaxt sakini Eldar Babayevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Maştağa qəsəbəsi ərazisində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Eldar Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.