Massaçusets Texnologiya İnstitutunun məzunu UNEC-də dekan təyin olunub (FOTO)

UNEC-də Beynəlxalq İqtisad Məktəbinin (İSE) direktoru vəzifəsinə
yeni təyinat olub. UNEC rektorunun əmri ilə ingilis dilli fakültə
olan İSE-yə Ramil Quluzadə rəhbərlik edəcək.

UNEC-in rektoru professor Ədalət Muradov yeni təyin olunmuş
dekanı fakültə kollektivinə təqdim edib. Görüşdə Beynəlxalq İqtisad
Məktəbində görülən işlər və qarşıya qoyulan hədəflərdən söz açılıb.
Fakültənin fəaliyyətinin daha da yaxşılaşdırılması, təhsilin
keyfiyyətinin dünya universitetləri səviyyəsinə qaldırılması ilə
bağlı təkliflər səsləndirilib.

Ramil Quluzadə ona göstərilən yüksək etimada görə universitet
rəhbərliyinə təşəkkür edib. Beynəlxalq İqtisadiyyat Məktəbinin
yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da nüfuzunun daha da
yüksəldilməsi məqsədilə böyük əzmlə çalışacağını bildirib.

Ramil Quluzadə haqqında.

25 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü
liseyi bitirib.

2004-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Ümumi İqtisadiyyat fakültəsində bakalavr təhsili
alıb və fərqlənmə diplomu ilə məzun olub.

2008-2009-cu illərdə hərbi xidmətdə olub.

2016-2018-ci illərdə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda
(Massachusetts Institute of Technology, USA) “Biznesin idarə
edilməsi” (Master of Business Administration) ixtisası üzrə magistr
təhsili alıb.

2018-2019-cu illərdə ABŞ-da yerləşən müxtəlif texnologiya
şirkətlərində əmək fəaliyyətini davam etdirib.

2020-2021-ci illərdə Xəzər Universitetinin MBA departamentinin
direktoru olub.

Teqlər: