Türkiyənin texnologiya sahəsində atdığı addımlar dünyanın diqqətini çəkir. Texnologiya tək başına irəliləyə biləcəyiniz bir sahə deyil, mütləq bəzi ortaqlıqlara ehtiyacınız var.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu sahədə əməkdaşlıq imkanları yaranarsa, İlon Maskla addımlar atıla bilər. İlon Maskın cənab Tramp administrasiyasında hansı sahədə çalışacağını, ABŞ administrasiyasına nə fayda gətirəcəyini zamanla görəcəyik”, – Ərdoğan bildirib.