“SpaceX” və “Tesla Motors”un qurucusu İlon Maskın beyin çipi şirkəti “Neuralink” insan üzərində klinik sınaqlara başlamaq üçün icazə alıb.
AzerTimes xəbər verir ki, “Neuralink”in açıqlamasında sınaqların aparılması üçün onurğa beyninin zədələnməsi nəticəsində iflic olan insanların müraciət edə biləcəyi bildirilib.
“Neuralink” təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.
Əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.