“Tesla” və “SpeysX”in təsisçisi İlon Mask hər il şəxsi mühafizəsinə milyonlarla dollar xərcləyir.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, Maskın mühafizəsi prezidentlərin mühafizəsi qədər güclüdür.
Vurğulanıb ki, sahibkar mütəmadi olaraq təhqir, təhdid və təqiblər ilə üzləşdiyi üçün daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb.
Qeyd edək ki, İ.Maskı indi 20 mühafizəçi müşayiət edir. Onlar biznesmenin girəcəyi binaları yoxlayır və hətta onu tualetə belə tək qoymurlar.