Sahibkar İlon Mask Tvitter işçilərinə ilk müraciəti zamanı şirkətin iflasa uğraya biləcəyini açıqlayıb.
AzerTimes-ın məlumatına görə, o bildirib ki, şirkətin gəlirləri artmasa, müəssisə müflis ola bilər.
Bir müddət əvvəl Tvitterin sahibi olan iş adamı şirkət əməkdaşlarına bir sıra sərt xəbərdarlıqlar edib. İşçilərə ofisdə 40 saatlıq iş həftəsinə hazır olmaları bildirilib. Həmçinin ofisdə pulsuz yemək kimi üstünlüklərin də ləğv olunacağı qeyd edilib.
Bundan əlavə, Mask işçilərə evdən işləməyi də qadağan edib.