Amerikalı milyarder İlon Mask ABŞ hökumətində vəzifə tutmağa hazır olduğunu bildirib.
AzerTimes xəbər verir ki, Mask bu barədə X səhifəsində bildirib.
“Mən xidmətə hazıram”, – Mask qeyd edib.
Milyarder üzərində “Hökumətin Effektivliyi Departamenti” sözləri yazılmış tribunanın arxasında dayanan şəklini də paylaşıb.
Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə qalib gələcəyi təqdirdə İlon Maska vəzifə verəcəyini demişdi.