Amerikalı milyarder İlon Mask Rusiya ilə təmasları barədə yayılan iddialara cavab verib.
AzerTimes xəbər verir ki, Mask iddiaları yayanları axtarıb tapacağını bildirib.
“Mən bu ittihamları kimin etdiyini öyrənəcəyəm və onları məhv edəcəm”, – deyə Mask X hesabında yazıb.
Qeyd edək ki, amerikalı Demokrat senatorlar ABŞ federal hakimiyyət orqanlarından Maskın Moskva ilə təmasları ilə bağlı iddialar üzrə araşdırma aparmağı xahiş ediblər.