Maskdan növbəti qalmaqal: Bu dəfə cavabını aldı…

Maskdan növbəti qalmaqal: Bu dəfə cavabını aldı…

Amerikalı milyarder İlon Mask növbəti dəfə Ukrayna ilə bağlı qalmaqal yaradıb.

AzerTimes xəbər verir ki, amerikalı senator Lindsi Qrehem Tvitter səhifəsində Maskı Rusiyanın Ukraynanı işğalı ilə bağlı həqiqətləri öyrənməyə çağırıb.

Senatora cavab verən Mask isə istənilən münaqişə bölgəsində yaşayan insanların iradəsini dəstəkləməyin vacib olduğunu deyib:

“Əgər xalqın iradəsinin önəmli olduğuna inanırsınızsa, istənilən münaqişə bölgəsində orada yaşayanların iradəsini dəstəkləməliyik. Ukraynalıların əksəriyyəti açıq şəkildə Ukraynanın bir hissəsi olmaq istəyir, lakin ölkənin bəzi şərq bölgələrində ruslar çoxluq təşkil edir və onlar Rusiyaya üstünlük verirlər”.

Dediklərinə arqument olaraq isə Mask 2012-ci ilin seçici fəallığını əks etdirən xəritəsini göstərib. Həmin xəritədə şərq regionlarının əksəriyyətinin keçmiş prezident Viktor Yanukoviçin Regionlar Partiyasını dəstəklədiyi görünür.

ABŞ Konqresinin baş məsləhətçisi Pol Massaro isə 1991-ci ildə Ukraynanın müstəqilliyi ilə bağlı keçirilən səsvermənin nəticələrini əks etdirən xəritəni paylaşıb:

“Bu, 1991-ci ildə Ukraynanın müstəqillik səsverməsinin xəritəsidir. Hər bölgə, o cümlədən Krım belə müstəqilliyə səs verib. Xahiş edirəm, artıq dayan!”

Teqlər: