Maskdan inanılmaz: LGBT-yə görə ştatı tərk edir

Maskdan inanılmaz: LGBT-yə görə ştatı tərk edir

Speys X şirkəti Kaliforniyada LGBT qanununun qəbulu ilə əlaqədar olaraq mənzil-qərargahını Texas ştatına köçürəcək.

AzerTimes xəbər verir ki, bu barədə şirkətin qurucusu, iş adamı İlon Mask deyib.

“Bu, sonuncu damla idi. Bu və eləcə də ailələri, şirkətləri hədəf alan digər qanunlardan dolayı Speys X mənzil-qərargahını Hotornadan (Kaliforniya) Texasa köçürür”, – deyə Mask bildirib.

Qeyd edək ki, bundan əvvəl Kaliforniya qubernatoru Gevin Nyusom məktəbləri LGBT hüquqlarını qorumağa təşviq edən qanun imzalamışdı.

Qanuna əsasən, Kaliforniya məktəbləri LGBT əsaslarını öyrətməkdən imtina etdikləri üçün cəzalandırılacaq.

Teqlər: