Bu gün səhər saatlarında Omanın paytaxtı Maskat şəhərində İmam Əli məscidinə silahlı hücum olub.
AzerTimes xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb.
Məhərrəmlik münasibətilə keçirilən əzadarlıq mərasiminə edilən hücum nəticəsində 4 nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.
Məscidə hücumun təfərrüatı barədə məlumat verilməyib.
Oman polisi hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
ABŞ-ın Maskatdakı səfirliyi bəyanat yayaraq vətəndaşlarına ehtiyatlı olmalarını tövsiyə edib.