Avropa Birliyi (AB) İlon Maskı ittifaqın moderasiya kontenti ilə bağlı qaydalarına riayət etməyəcəyi təqdirdə Tvitteri bağlayacağı ilə hədələyib.
AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“AB-nin rəqəmsal qanunları üzrə məsul avrokomissar Tyerri Breton Maskla videogörüş zamanı bu təhdidləri dilə gətirib. Bildirilib ki, Tvitter müəyyən edilən qaydaları pozarsa, o zaman ittifaq ərazisində fəaliyyəti qadağan oluna, yaxud qlobal dövriyyənin 6 faizə qədəri cərimə oluna bilər”, – deyə bildirilib.