Mask: Xameneinin hesabı buna görə bloklanmır

Mask: Xameneinin hesabı buna görə bloklanmır

İlon Mask Əli Xamenei kimi insanların hesablarının X sosial şəbəkəsində niyə bloklanmadığına aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, o, bunu BMT-də Xamenei kimi şəxslərə qarşı münasibətlə müqayisə edib.

“BMT-də toxunulmazlığa bənzər qanunumuz var. Ayətullahların İsraili məhv etməyə çağırmalarına baxmayaraq, onlara BMT-nin Nyu Yorkdakı binasına girməyə icazə verilir. Tələb ondan ibarətdir ki, İran rəhbərləri öz sözlərini sosial şəbəkədə yaysınlar. Dəhşətli olsa belə, siz onların dediklərindən xəbərdar olasız”, – Mask bildirib.

Teqlər: