Donald Tramp prezident seçkilərində qalib gələrsə, federal xərcləri ən azı 2 trilyon dollar azalda bilər.
AzerTimes xəbər verir ki, bu sözləri məşhur milyarder İlon Mask Medison Skver Qardendə keçirilən Trampın seçki mitinqində deyib.
“Bütün bu ikiqat xərclər vergilərdir, istər birbaşa, istərsə də dolayısı ilə pulunuz boşa gedir. Biz hökuməti sizin boynunuzdan və cibindən çıxaracağıq”, – Mask bildirib.