Mask Ukraynanın bu istəyini rədd etdi

Mask Ukraynanın bu istəyini rədd etdi

“Speys X” şirkətinin rəhbəri İlon Mask Ukrayna tərəfinin Rusiyanın işğal etdiyi ərazilərdə “Starlink” peyk-internet sisteminə qoşulmaq istəyini rədd edib.

AzerTimes xəbər verir ki, bu barədə “Eurasia Group”un prezidenti Yan Bremmer məlumat verib.

Onun sözlərinə görə, Mask işğal olunmuş ərazilərdə, xüsusən də Krımda “Starlink”ə girişə icazə verilməsini şəxsən rədd edib.

Mask Bremmerlə söhbəti zamanı bildirib ki, belə bir addım münaqişəndə gərginliyi artıra bilər.

Teqlər: