Tvitter sahibi İlon Mask sosial şəbəkənin loqosunun tezliklə dəyişdiriləcəyini açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə o, Tvitter sosial səhifəsində məlumat verib.
“Tezliklə biz Tvitter brendi ilə və tədricən bütün “quşlar”la vidalaşacağıq”, – Mask bildirib.
O, həmçinin Tviter üçün mümkün gələcək dizaynı dərc edib. Bu, qara fonda X hərfini təmsil edir. Lakin dizaynın son variantı hələ razılaşdırılmayıb.