Mask seçkini Trampla birlikdə izləyəcək

Mask seçkini Trampla birlikdə izləyəcək

İş adamı İlon Mask ABŞ-da prezident seçkilərinin nəticələrini keçmiş prezident və hazırki namizəd Donald Trampla birlikdə izləyəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, Mask Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək və gecənin bir hissəsini orada keçirəcək.

Bu tədbirlər Maskın Tramp və onun dəstəkçiləri ilə yaxın münasibətini bir daha nümayiş etdirir və seçkilərdən sonra siyasi sferada mümkün əməkdaşlıqlara işarə edir.

Teqlər: