Mask Quqlu Seçkilərə müdaxilə etməkdə ittiham etdi

Mask Quqlu Seçkilərə müdaxilə etməkdə ittiham etdi

Amerikalı iş adamı İlon Mask axtarış platforması Quqlu ABŞ-dakı seçkilərə müdaxilə etməkdə ittiham edib.

AzerTimes xəbər verir ki, o bununla bağlı X hesabında paylaşım edib.

Mask bu qənaətə brauzerin axtarış bölməsinə “Prezident Donald” sorğusunu daxil etdikdən sonra gəlib. Çıxan nəticə ilə qane olmayan Mask axtarışın ekran görüntüsünü sosial şəbəkə hesabında paylaşıb:

“Təklif olunan variantlar arasında Donald Tramp yoxdur. Lakin “Prezident Donald Duck” və “Prezident Donald Reyqan” var”.

“Quql Demokratlara məxsusdur” tvitini şərh edən Mask, şirkətin seçkilərə müdaxilə edəcəyi təqdirdə çox problem yaşayacağını bildirib.

Xatırladaq ki, Mask əvvəllər “mehribanlıq partiyası” adlandırdığı demokratları dəstəkləsə də, sonradan bu siyasi birliyi “parçalanma və nifrət partiyası” hesab etdiyini deyib.

Teqlər: