Mask qorxdu, “Starlink”i qismən Pentaqona verdi

Mask qorxdu, “Starlink”i qismən Pentaqona verdi

“Speys X” şirkətinin rəhbəri İlon Mask “Starlink” peyk şəbəkəsinin müəyyən miqdarda avadanlıq və xidmətlərini Pentaqonun nəzarətinə verib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri Maskın bioqrafı Valter İsaaksona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Mask bu yolla Rusiyanın Ukraynaya hücumundan qorxaraq özünü uzaqlaşdırmaq istəyib:

“O deyib ki, mən niyə bu müharibədəyəm? “Starlink”i yaratdım ki, insanlar istirahət edə, “Netflix”də filmlərə baxa və video oyunlar oynaya bilsinlər. Nüvə müharibəsinə səbəb ola biləcək bir şey yaratmaq istəmədim”.

Teqlər: