Mask öz yerinə “axmaq adam” axtarır

Mask öz yerinə “axmaq adam” axtarır

Tvitterin yeni rəhbəri İlon Mask bu vəzifə üçün kifayət qədər axmaq birini tapdıqdan sonra rəhbər işini tərk edəcəyini deyib.

AzerTimes xəbər verir ki, bu barədə Mask öz Tvitter səhifəsində yazıb:

“Bu işi yerinə yetirəcək qədər axmaq birini tapan kimi rəhbər vəzifəsini tərk edəcəm! Bundan sonra proqram təminatı və server komandalarına rəhbərlik edəcəm”, – o bildirib.

Qeyd edək ki, daha əvvəl Maskın fəal şəkildə Tvitterə yeni baş direktor axtarması barədə məlumat yayılmışdı.

Teqlər: