Mask Meloni ilə “sevgisindən” yazdı

Mask Meloni ilə “sevgisindən” yazdı

Amerikalı milyarder İlon Mask İtaliya Baş naziri Corciya Meloni ilə aralarındakı romantik münasibətləri təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə İlon Mask özünün X səhifəsində yazıb.

“Mən orada anamla birlikdə idim. Baş nazir Meloni ilə heç bir romantik münasibət yoxdur”, – Mask bildirib.

Qeyd edək ki, amerikalı milyarder İlon Maskın Nyu Yorkun “Ziqfeld” bal zalında “Atlantic Council”in (Atlantik Şura) təşkil etdiyi mükafatlandırma mərasimində İtaliya Baş naziri Corciya Meloni ilə münasibətləri söz-söhbətə səbəb olmuşdu. Qərb mətbuatı onların arasında romantik münasibətlərin olduğunu yazırdı.

Teqlər: