Mask Medvedyevi doladı: Baxmutda işlər necədir?

Mask Medvedyevi doladı: Baxmutda işlər necədir?

Amerikalı milyarder İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi dolayıb.

AzerTimes xəbər verir ki, Mask Tvitter səhifəsində Dmitri Medvedyevin Britaniya Baş naziri Liz Trassın istefasını lağa qoymasına cavab verib.

Medvedyev “Deyli Star”ın keçirdiyi zarafat yarışmasına istinad edərək, “Əlvida, əlvida, Liz Trass, salat, təbrik edirəm!” deyə tvit atıb. Mask isə Medvedyevə “Çox yaxşı troldur. Yeri gəlmişkən, Baxmutda işlər necədir?” cavabını verib.

Qeyd edək ki, bir həftə əvvəl “Daily Star” nəşri kahı salatının qarşısında vebkamera quraşdıraraq, salatın yoxsa Trassın daha çox qalacağını sınayıb. Salat daha uzun müddət qalıb.

Teqlər: