Amerikalı iş adamı İlon Mask Çeçenistan lideri Ramzan Kadırova elektrikli “Cybertruck” satması xəbərini təkzib edib.
AzerTimes xəbər verir ki, bu barədə İlon Mask özünün X səhifəsində yazıb.
“Rus generalına “Cybertruck” verdiyimi düşünəcək qədər axmaqsınız? Bu, ənənəvi medianın necə yalan danışdığına daha bir nümunədir”, – Mask yazıb.
Qeyd edək ki, Ramzan Kadırov elektromobili sınaqdan keçirib və onu Ukrayna müharibəsində iştirak edən döyüşçülərə göndərəcəyini bildirib. Kadırov həmçinin Maskı Qroznıya dəvət edib.