Mask İran üzərindəki peyklərini aktivləşdirdi

Mask İran üzərindəki peyklərini aktivləşdirdi

“SpeysX” şirkətinin İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peyki var.

AzerTimes xəbər verir ki, bunu “SpeysX” şirkətinin rəhbəri İlon Mask deyib.

“Röyters” agentliyi bildirib ki, Maskın planlarına təkcə əlavə bazar yox, həm də siyasi motivlər daxildir.

“Bu ilin sentyabrında milyarder bildirmişdi ki, İrana internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün “Starlink” lazımdır. Mask həmçinin bildirib ki, o, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ rəsmilərindən sanksiyalardan yayınmaqla bağlı icazə istəyib”, – agentlik bildirib.

Hələlik şirkətin İranda terminallarının olması və onların İrana necə gətirilməsi barədə məlumat yoxdur.

Teqlər: