İranın BMT-dəki səfiri Əmir Səid İrvani İlon Maskla görüşməyib.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Amerika mediasında İlon Maskla BMT-dəki nümayəndəmizin Nyu-Yorkda görüşü ilə bağlı xəbərlər tamamilə yalandır. ABŞ mətbuatının belə bir mövzunu işıqlandırması məni təəccübləndirib”, – deyə Bəqai vurğulayıb.
Qeyd edək ki, ötən gün “Nyu York Tayms” qəzeti amerikalı milyarderlə Əmir Səid İrəvaninin görüşdüyü barədə xəbər dərc edib.