Mask Epşteynlə bağlı postu sildi

Mask Epşteynlə bağlı postu sildi

Amerikalı milyarder İlon Mask X hesabında insan alveri və yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərdə ABŞ Prezidenti Donald Trampın adının çəkildiyi barədə yazdığı postu silib.

AzerTimes bu barədə Maskın X hesabına istinadən məlumat verir.

Qeyd edək ki, iyunun 5-də amerikalı liderlə mübahisə zamanı “Tesla”nın təsisçisi yazıb: “Əsl bombanı partlatmaq vaxtıdır: Tramp Epşteyn işinin sənədlərində var. Məhz buna görə onlar ictimaiyyətə açıqlanmayıb”.

Teqlər: