Mask dövlət çevrilişinə 1 milyard xərcləyib – Maduro

Mask dövlət çevrilişinə 1 milyard xərcləyib – Maduro

İlon Mask Venesuelada 2024-cü il prezident seçkilərindən sonra dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.

AzerTimes xəbər evrir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

“İlon Mask dövlət çevrilişinə, faşist qiyamına və seçki prosesinə qarşı zorakılığa ən azı 1 milyard dollar sərmayə qoyub. İyulun 28-də keçirilən prezident seçkilərindən sonra ifrat sağçı müxalifət zorakılıqlara yol verməyə və ölkədə sabitliyi pozmağa çalışıb. Çevriliş cəhdinin arxasında Şimali Amerika imperiyasının daimi sui-qəsdçisi olan ABŞ hökuməti dayanırdı”, – Maduro bildirib.

Onun sözlərinə görə, Maskın maliyyə resurslarını müxalifət liderlərindən biri, terrorçu qrupları maliyyələşdirən Mariya Korina Maçado bölüşdürüb.

Teqlər: