Bəşəriyyətin super insan – insan-alim, insan-idmançı yarada bilən genetika sahəsindəki tədqiqatlar kimi çoxlu təhlükələri var. Deyirlər ki, ABŞ-da İlon Mask artıq hansısa şəxsin beyninə çip yerləşdirib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Taker Karlsona müsahibətində deyib.
“Düşünürəm ki, Maskı dayandırmaq olmaz. O, hələ də öz bildiyini edəcək. Amma biz onunla hansısa yolla danışıq aparmalıyıq, onu inandırmaq üçün bəzi yollar axtarmalıyıq. Mənə elə gəlir ki, o, ziyalı adamdır. Onunla hansısa şəkildə razılaşmaq lazımdır ki, bu proses bəzi qaydalara tabe olsun”, – Putin bildirib.
Putinin sözlərinə görə, bəşəriyyət genetika və ya süni intellektlə bağlı son tədqiqat və texnologiyaların inkişafı ilə əlaqədar onun başına nə gələcəyini düşünməlidir:
“Nə olacağını təxmin edə bilərsiniz. Bəşəriyyət nüvə silahının mövcudluğuna təhlükə hiss etdikdə nüvə silahının bütün sahibləri öz aralarında danışıqlar aparmağa başladılar, çünki onlar başa düşdülər ki, ehtiyatsız istifadə tam məhvə səbəb ola bilər”.