X sosial şəbəkəsinin rəhbəri İlon Mask sosial şəbəkələrdə dezinformasiya yaymaqla azadlığın məhdudlaşdırılmasına nail olmağa çalışdığı üçün Açıq Cəmiyyət Fondunun maliyyəçisi, milyarder Corc Sorosu məhkəməyə verəcək.
AzerTimes xəbər verir ki, Mask bu barədə X səhifəsində yazıb.
“Bəli. X bunu dayandırmaq üçün hüquqi addım atacaq. Məhkəmənin başlamasını gözləyə bilmirəm”, – Mask bildirib.
Qeyd edək ki, jurnalist Ben Skallan Soros Fondunun İrlandiya və Şotlandiyada senzuranı təşviq etməsi ilə bağlı məqalə yayımlamışdı.