Məşhur milyarder İlon Mask xəbərdarlıq edib ki, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün qəti tədbirlər görülməsə, dünyanın bir çox ölkəsi yox ola bilər.
AzerTimes xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
“Şadam ki, Yaponiya hökuməti bu məsələnin əhəmiyyətini başa düşür. Kəskin tədbirlər görülməsə, Yaponiya və bir çox başqa ölkə yox olacaq”, – o bildirib.