Mask bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı

Mask bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı

Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir.

AzerTimes xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkə hesabında paylaşım edib.

“Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, – deyə İ.Mask paylaşımında bildirib.

Sahibkar əvvəllər bəyan edib ki, demoqrafik problemlər üzündən bütöv xalqlar yox ola bilər. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiyanın mədəniyyətləri də təhlükə altındadır.

Teqlər: