Amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Co Bayden administrasiyasını Ukraynaya kaset sursatlarının ötürülməsi qərarına görə tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə Mask Tvitter hesabında paylaşım edib.
O xatırladıb ki, ABŞ həmişə bu cür sursatların hər hansı istifadəsini qınayıb və indi onlar özləri istifadəyə göndərir:
“Bundan yaxşı heç nə gəlməyəcək. Tale ironiyanı sevir, amma ikiüzlülüyə nifrət edir”.