“SpeysX” kosmik şirkəti 14 yaşlı Kayran Kvazini mühəndis-proqramçı vəzifəsinə işə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə “Los Anceles Tayms” məlumat yayıb.
Bildirilib ki, Kvazi 9 yaşında “İntel” şirkətində süni intellekt araşdırması üzrə təcrübə keçib. 11 yaşında isə Santa-Klara Universitetinə informatika və mühəndislik oxumaq üçün daxil olub.
“SpeysX”in rəhbəri İlon Mask məsələ ilə bağlı münasibət bildirməyib.