Fransanın paytaxtı Parisdə naməlum kişi avtomobili restoranın terrasında əyləşən müştərilərin üzərinə sürüb.
AzerTimes “Actu17”yə istinadən xəbər verir ki, 20-ci dairədə, Per-Laşez prospektində baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Sürücü ərazidən qaçsa da, polis avtomobilin sərnişinlərdən birini yaxalayıb.
Olayın məqsədli şəkildə törədildiyi, yaxud adi qəza olduğu məlum deyil.