Maşında tüstülənmə oldu: tıxac yarandı – Foto

Maşında tüstülənmə oldu: tıxac yarandı – Foto

Heydər Əliyev prospektində avtomobildə baş verən tüstülənmə sıxlığa səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, Nizami rayonu, Heydər Əliyev prospektində texniki nasaz nəqliyyat vasitəsində tüstülənmə olub. Bu səbəbdən hazırda metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür”, – məlumatda qeyd olunub.

Teqlər: