Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-21015 markalı avtomobilin sürücüsü – 30 yaşlı Rahim Cəsarət oğlu Alıyev Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt bağlı araşdırma aparılır.