Maşın xəttə çırpıldı: 3 kənd qazsız qaldı – Foto

Maşın xəttə çırpıldı: 3 kənd qazsız qaldı – Foto

Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

AzerTimes xəbər verir ki, Şahbuz rayon Biçənək kəndində avto qəza nəticəsində D-119-luq qaz xətti qırılıb.

Təhlükəsizlik səbəbilə Gömür, Ağbulaq və Biçənək kəndlərində 450 abonentin qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.

Teqlər: