Belarus Prezidenti Aleksandr Lukaşenko qırğızıstanlı həmkarı Sadır Japarova Qərb avtomobil sənayesindən şikayət edib.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.
“Gecikməmişəm? Qərbin istehsal etdiyi “Mersedes”in mühərriki gec işə düşür, ona görə də piyada gəlməli oldum”, – Lukaşenko deyib.
Qeyd edək ki, bu gün Bişkekdə Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) dar və geniş tərkibdə iclası keçirilir. Burada Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan prezidentləri, Ermənistanın baş naziri iştirak edir. Müşahidəçi dövlətlərdən Özbəkistanın baş naziri iştirak edir, Kuba prezidenti videomüraciətlə çıxış edəcək.