“Maşın şou” efirə qayıdır

“Maşın şou” efirə qayıdır

Xeyli vaxtdır şəhərdə gəzən söz-söhbətlərə görə, “Maşın Şou” başlayır.

Dizayn studiyaların birindən eksklüziv əldə edilən eskizlər bu iddianın əsassız olmadığını sübut etdi. Eskizlərdə hətta ulduz iştirakçıların fotoları da var. Ziddiyyətli məlumatlar isə bir-birini əvəz edir. Efir vaxtı dəqiq bilinməsə də, may ayında yayımın baş tutacağı deyilir.

Şou barədə məlumatların bu qədər gizli saxlanılmasının səbəbi isə bəlli deyil. Fotodan göründüyü kimi şounun iştirakçıları arasında Faiq Ağayev, Nadir Qafarzadə, Aşıq Əli, Aygün Kazımova və Röya da var.

Görünən isə budur ki, “Maşın Şou” 14-cü dəfə efirə qayıdacaq.