Maşın sahibinin etibarından sui-istifadə etdi, qəza törətdi

Maşın sahibinin etibarından sui-istifadə etdi, qəza törətdi

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes xəbər verir ki, hadisə Cəlilabad rayonunun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə “BMV” markalı minik avtomobilini götürərək yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub.

Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: