Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzerTimes xəbər verir ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.