Maşın çaya aşdı: bir ailənin 3 üzvü…

Maşın çaya aşdı: bir ailənin 3 üzvü…

Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Mehdi Ramazan oğlu Bağırovun idarə etdiyi “Hunday” markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan bir ailənin 3 üzvü – 1965-ci il təvəllüdlü Cəlil Salman oğlu Salmanov, 1966-cı il təvəllüdlü Mailə Alı qızı Salmanova və 1992-ci il təvəllüdlü Toğrul Cəlil oğlu Salmanov xəsarət alıblar.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: