Maşın bacı və qardaşı vurdu: birinin vəziyyəti ağırdı

Maşın bacı və qardaşı vurdu: birinin vəziyyəti ağırdı

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, “Şevrolet Kruz” markalı minik avtomobili 2005-ci il təvəllüdlü Xədicə Süleyman qızı Kərimovanı və onun qardaşı 2006-cı il təvəllüdlü Həsən Süleyman oğlu Kərimovu vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

H.Kərimovun vəziyyəti daha ağır olduğundan reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: