Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən iki nəfər rayon sakini – İ.Fərəcullayev və A.Əkbərovu saxlayıblar.
Onlardan müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.