Masallıda qanunsuz meşə materialı aşkar olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Əbdülrza Abıyevin həyətyanı sahəsində qanunsuz yolla əldə edilmiş 2.82 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

AzerTimes-ın məlumatına görə, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, hazırda iş üzrə araşdırma davam edir.

Twitter: @cingizsafarli

Teqlər: